Peyvəndlərin gecikdirilməsinə görə hakimiyyət orqanları hədələnib

Peyvəndlərin gecikdirilməsinə görə hakimiyyət orqanları hədələnib

Filippin prezidenti Rodriqo Duterte COVID-19 peyvəndinin qeyri-adekvat nəticələrinə görə yerli hakimiyyət orqanlarının cəzalandırılmasını əmr edib. SİA xəbər verir ki, bu barədə “İnqirer” çərşənbə günü məlumat yayıb.

Qəzet Filippin prezidentinin sözlərini sitat gətirib:

“Mən onlara verilən dozaları (peyvəndləri) ən sürətli şəkildə tətbiq etməyən və istifadə etməyən yerli administrasiyalara qarşı lazımi sanksiyaları tətbiq etməyi əmr etdim”.

Duterte hər bir əyalət və ya bölgə rəhbərindən şəxsi məsuliyyət tələb edəcəyinə söz verib. Onun sözlərinə görə, o, gündəlik bir milyon dozanın vurulması üçün regionları kifayət qədər vaksin ehtiyatı ilə təmin etməyi tapşırıb.

Xatırladaq ki, Duterte bir qədər əvvəl bildirmişdi ki, peyvənd almaqda tərəddüd edənlər gecə yatarkən peyvənd edilməlidir. Prezident administrasiyasının nümayəndəsi daha sonra izah etdiyi kimi, Duterte sadəcə zarafat edirmiş.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə