Tailandda yüzlərlə tibb işçisi "Sinovac"la vaksinlənməsinə baxmayaraq, virusa yoluxub. SİA xəbər verir ki, bundan sonra vaksinasiya proqramına dəyişiklik edilməsi ilə bağlı qərar qəbul olunub. Bundan sonra birinci doza "Sinovac" peyvəndi vurduran şəxs ikinci dozada "AstraZeneca" vurdura biləcək. Tibb işçiləri 2 doza vaksin vurdurduqdan sonra üçüncü dozada fərqli vaksin vurdura biləcəklər. Fərqli vaksin onlara ikinci doza vaksindən 3-4 həftə sonra vurulacaq. Hələlik ölkədə fərqli vaksinlərdən "AstraZeneca" əlçatandır. Bundan başqa Pfizer vaksini ABŞ tərəfindən tezliklə yardım kimi göndəriləcək.
Xatırladaq ki, Tailand hökuməti ilk dəfə Çindən "Sinovac"ı tibb işçilərini vaksinasiyadan keçirmək üçün almışdı.
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB