Dünyada koronavirusa yoluxanların sayı təxminən 76 milyon nəfərə çatır

Dünyada koronavirusa yoluxanların sayı təxminən 76 milyon nəfərə çatır

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 575 mindən çox artıb.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 575 551 nəfər yeni koronavirusa yoluxub, 9 267 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 75 704 857, ölənlərin isə 1 690 061 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə