Trampdan Türkiyədə istehsal olunan F-35 hissələrinə dair açıqlama:

Trampdan Türkiyədə istehsal olunan F-35 hissələrinə dair açıqlama:

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Türkiyədə F-35 qırıcı təyyarəsinin reaktiv hissələrinin istehsalı ilə əlaqəli izahatı iki ölkə arasındakı münasibətləri bir az da gərginləşdirib. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Tramp hissələrin başqa bir ölkədə istehsal edilə biləcəyinə eham vurub.

Fox Business Network-ə danışan ABŞ Prezidenti Covid-19 pandemiyası mübahisəndən sonra Çinin tədarük zəncirindən çıxarılmasına dair suallara Türkiyə nümunəsi ilə cavab verib. Koronavirusun dünyaya yayılmasına görə Çinin məsuliyyət daşıdığını iddia edən Tramp "Çinə qarşı atacağımız çox sayda addımlar var. Çin ilə bütün əlaqələri kəsə bilərik. O zaman 500 milyard dollar qazanc əldə edərik", deyib.

"Bütün məhsullarımızı ABŞ-da istehsal etməliyik" deyən Tramp ölkəsinin tədarük zənciri nöqtəsində Çin və digər ölkələrə bağlılığın olmaması gərəkdiyini vurğulayıb.

ABŞ-ın tədarük zəncirinin xaricə bağlılığı mövzusunda Tramp “dünyadakı ən güclü döyüş təyyarəsi” kimi izah etdiyi F-35-lərin Türkiyədə və dünyanın digər bölgələrində istehsalını nümunə göstərib.

Tramp əlavə edib ki, “F-35"-lərin əsas hissəsi Türkiyədə istehsal olunur. "Hazırda Ərdoğanla münasibətlərimiz yaxşıdır, bəs olmasa nə olacaq? "F-35" hissələrini sizə verməyəcəyik, söyləsələr nə edəcəyik?" deyə bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə