Rusiyada koronavirusa yoluxanların sayı 8 minə çatır

Rusiyada koronavirusa yoluxanların sayı 8 minə çatır

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir. SİA-nın məlumatına görə, ölkədə son sutka ərzində 7 933 nəfər koronavirusa yoluxub, 96 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 114 431 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 1 169 nəfərə çatıb.

Ölkə ərazisində virusdan ümumilikdə 13 220 nəfər sağalıb, 100 042 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə