ABŞ-da koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 26 mini keçib
ABŞ-da koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 26 mini keçib.
SİA xəbər verir ki, bu barədə Federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında statistika aparan Cons Hopkins Universitetinin açıqlamasında bildirilir.
Universitetin məlumatına görə, Bakı vaxtı ilə saat 04:35-dək ümumilikdə 613 886 amerikalı virusa yoluxub. Son bir sutka ərzində virusdan ölənlərin sayı 2407 nəfər artaraq 26 047-yə çatıb. Bu müddətdə 26 945 nəfər də virusun daşıyıcısına çevrilib.
Ölkədə epidemiyanın yayıldığı gündən bu günədək ümumilikdə 38 820 nəfər sağalaraq evinə buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB