İsveçdə işsizlik səviyyəsi artmaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Məşğulluq Xidməti məlumat yayıb. Məşğulluq Xidmətinin son hesabatına görə, cari ilin fevralın sonunda İsveçdə 377 min insan işsiz olaraq qeydiyyata alınıb. Bu rəqəm bir il əvvəlkindən 28 min çoxdur. Beləliklə, ümumi işsizlik nisbəti bir il ərzində 0,5 faiz artaraq 7,4% təşkil edib. Hazırda cüzi artımlar olsa da, mütəxəssislər bu rəqəmin kifayət qədər az olduğunu düşünürlər.
Eyni zamanda, İsveç Məşğulluq Xidməti işçilərin daha uzun müddət işsiz qaldıqlarını qeyd edib. Hesabata görə, bu ilin fevral ayında 154 min nəfər ən azı bir il müddətində işsiz qalıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB