Naməlum şəxslər prokurorluğa hücum edib

Naməlum şəxslər prokurorluğa hücum edib

Meksikanın qərbindəki Xalisko ştatının Tlakepake şəhərində naməlum şəxslər regional prokurorlara atəş açıblar. SİA xarici mətbuata istinadla xəbər verir ki, hücum nəticəsində iki nəfər ölüb. Ölənlərin şəxsiyyəti barədə məlumat verilməyib.

Hadisə yerinə bələdiyyə və federal hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin bir helikopter cəlb edilib.

Prokurorluq rəhbərliyi əhaliyə hücumun baş verdiyi ərazidən kənar olmaq çağırışı ilə müraciət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə