ABŞ-ın Tennessi ştatında baş verən qasırğa 25 nəfərin həyatına son qoyub
ABŞ-ın Tennessi ştatında baş verən qasırğa nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə "NBC" televiziyası dövlət orqanlarına istinadən məlumat yayıb. Bundan əvvəl "CNN" 22 nəfərin ölməsi barədə məlumat vermişdi.
Ölüm hallarının əksəriyyəti – 16 nəfər – Patnam dairəsində qeydə alınıb. Benton, Uilson və Devidson dairələrində 6 nəfər ölüb. Tornado 48 tikilinin dağılmasına və elektrik xətlərinin sıradan çıxmasına səbəb olub. Ştatda 47 mindən çox sakin elektrik enerjisindən məhrum olub.
ABŞ-ın Okeanlar və Atmosfer üzrə Milli Agentliyinin məlumatına əsasən, bu təbii fəlakət ölənlərin sayına görə, Tennessi ştatının tarixində ikinci ən böyük qasırğa olub. 22 mart 1952-ci ildə baş verən qasırğa bu ştatda 38 nəfərin, 5 fevral 2008-ci ildə isə 22 nəfərin ölümünə səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB