Mastercard illik gəlirinin azalacağını bildirir - Səbəb koronavirus

Yeni koronavirusun yayılması səbəbindən Mastercard maliyyə korporasiyası cari il üçün əvvəlcədən planlaşdırılan gəlirləri əldə edə bilməyəcək. SİA xəbər verir ki, bu barədə şirkətin saytında bazar ertəsi yayımlanan açıqlamada bildirilir.

Açıqlamada qeyd edildiyi kimi, "koronavirusun xarici səyahətlərə, habelə transsərhəd elektron ticarətin böyüməsinə mənfi təsiri var". Şirkət qeyd edir ki, bu ilin əvvəlində təqdim olunan gəlir proqnozlarına yenidən baxılıb.
Yeni hesablamalara görə, mart ayında sona çatacaq birinci rübdə gəlir artımı illik 9-10% ola bilər. Bu, şirkətin yanvar ayındakı proqnozundan 2-3 faiz bəndi azdır. Mastercard, koronavirusun yayılmasının digər rüblərin nəticələrinə necə təsir edəcəyini hələ əminliklə söyləyə bilmədiklərini bildirir. Şirkət cari il üçün gəlirlərin əvvəlki proqnoza nisbətən nə qədər azalacağını açıqlamır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə