BMT Təhlükəsizlik Şurası Böyük Britaniya, ABŞ və Fransanın müraciəti əsasında Suriyadakı vəziyyətlə əlaqədar təcili iclas keçirməyə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, adları çəkilən ölkələr BMT-də Baş katibin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersenin, eləcə də BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin nümayəndələrinin iştirakı ilə Suriyanın şimal-qərbindəki vəziyyətlə bağlı brifinq keçirilməsini tələb edib. İlkin məlumata görə, iclas fevralın 6-da keçiriləcək.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB