Türkiyə hökuməti Somalidə törədilən terrorda zərərçəkənlərə kömək məqsədilə Moqadişoya tibbi briqada yollayıb

Türkiyə hökuməti Somalidə törədilən terrorda zərərçəkənlərə kömək məqsədilə Moqadişoya tibbi briqada yollayıb

Türkiyə hökuməti Somalidə bomba yüklənmiş avtomobilin partladılması nəticəsində törədilən terror aktı nəticəsində zərərçəkənlərə kömək məqsədilə paytaxt Moqadişoya tibbi briqada yollayıb.

SİA Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, həkim briqadasından və zəruri tibbi ləvazimatlardan ibarət humanitar yardım Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarə ilə göndərilib.

Xatırladaq ki, Moqadişoda törədilən terror aktında 90 nəfərdən çox insan ölüb. Onlardan ikisinin Türkiyə vətəndaşı olması barədə məlumatlar təsdiqini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə