İran uranın zənginləşdirilməsinə başlayacaq

İran uranın zənginləşdirilməsinə başlayacaq

İran noyabrın 6-dan etibarən Fordoda yerləşən obyektdə uranın zənginləşdirilməsinə başlayacaq. SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

O bildirib ki, Fordodakı obyektdə uran 5 faizlə zənginləşdiriləcək.

Qeyd edək ki, bundan əvvəl İran prezidenti noyabrın 6-dan etibarən Rəsmi Tehranın dördüncü dəfə nüvə sazişi üzrə öhdəlikləri yerinə yetirməkdən imtina edəcəyini və Fordodakı müəssisədə uranı qazla təmin etmək üçün sentrifuqalardan istifadə etməyə başlayacağını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə