Bu gün Dəməşqdə Birləşmiş Ərəb Əmirliyinin səfirliyinin rəsmi açılış mərasimi olacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Suriyanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə Birləşmiş Ərəb Əmirliyi rəsmiləri Suriya rəsmiləri ilə birgə bu gün Dəməşqdə səfirliyin rəsmi şəkildə açılışını edəcəklər.
Qeyd edək ki, 2011-də Suriyada qarşıdurmalar baş qaldırandan sonra bır sıra ərəb dövlətləri buradakı səfirliyini bağladılar və Suriyanın Ərəb Dövlətləri Liqasındakı üzvlüyünü dondurdular. BƏƏ-in XİN rəhbəri Ənvər Qarqaş cari ilin iyununda ərəb dövlətlərinin Suriyaya qarşı o vaxtki addımını və ƏDL-dəki üzvülüyünün dondurulmasını səhv addım hesab etmişdi.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB