İndoneziyada 16 nəfər ölüb

İndoneziyanın Mərkəzi Yava əyalətində baş verən sürüşmə və daşqınlar nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə yerli fövqəladə hallar nazirliyinə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Regionda təbii fəlakət bir neçə gün öncə baş verib, şənbə günü hökumət orqanları axtarış əməliyyatlarını bərpa ediblər. Ölənlərin əksəriyyəti Brebes və Purbalinq dairələrində qeydə alınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə