Dünyanın nüvə gəmilərinin dörddə birindən çoxu yaxın günlərdə Oman dənizində toplanacaq. SİA-nın "cnnturk"ə istinadən verdiyi məlumata görə, ABŞ-ın ən böyük döyüş gəmilərindən olan və nüvə enerjisi ilə işləyən "USS Abraham Lincoln" gəmisi oktyabrın 17-dən burada olan "USS Harry S. Truman" gəmisinə qoşulub. Bu gəmilərə qoşulan daha biri isə Fransa dəniz qüvvələrinin yeganə təyyarə gəmisi olan "Charles də Gaulle" olacaq.
Dünyada 22 təyyarə daşıyan gəmi var. Onlardan 11-i ABŞ-ındır və hamısı nüvə enerjisi ilə işləyir. ABŞ-ın ikinci gəmini əvvəlcədən planlaşdırılmadığı halda bölgəyə göndərməsi ilə bağlı ehtimallar irəli sürülür. "CBS" telekanalı mövzu ilə əlaqədar verdiyi xəbərində "Əfqanıstandakı hava hücumları 50 faiz artıb və ABŞ-ın müdafiə naziri Robert Qeyts ikinci təyyarə gəmisi "USS Lincoln"u da müharibəyə girməsi əmrini verib. Pakistan sahillərində fəaliyyət göstərən iki təyyarə gəmisi sayəsində 120 təyyarə Əfqanıstanda vəzifəsini icra edir. Buraya Baqram və Qəndahardan qalxan təyyarələr daxil deyil" deyib.
Son günlərdə Pakistanda reallaşdırılan pilotsuz təyyarə və vertolyot hücumları ilə Yəmənin bəzi nöqtələrinə edilən raket hücumları sayəsində əməliyyatlar zonası Cənubi Asiyadan Ərəb yarımadasına qədər genişlənib. Əsrin əvvəlində başlayan müharibə onuncu ilini geridə buraxıb və son proseslər başda Əfqanıstan olmaqla bölgədəki gərginliyin və müharibənin uzunmüddətli olacağına işarədir. ABŞ və bəzi NATO üzvü ölkələr Asiya, Afrika və Orta Şərq arasındakı bölgədə həyata keçirdiyi əməliyyatları artırmaqda davam edirlər.
Qeyd edək ki, Oman dənizinin sahillərində Somali, Cibuti, Yəmən, Oman, İran, Pakistan, Hindistan və Maldiv adaları yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB