PKK miqrant düşərgələrinə raket yağdırıb

PKK miqrant düşərgələrinə raket yağdırıb

PYD/PKK terror təşkilatı Suriyanın Hələb şəhərinin şimalında yerləşən Azez mahalındakı miqrant düşərgələrini raket atəşinə tutub. Axar.az xəbər verir ki, raketlərin Afrindəki PKK-çılar tərəfindən atıldığı bildirilib. Məlumata görə, raketlər boş əraziyə düşüb və insan tələfatı qeydə alınmayıb.

Hücumdan sonra 200 min miqrantın yaşadığı düşərgələrdə böyük panika yaşanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə