"Mövcud vəziyyətin 2 il də davam etməsinin heç bir zərəri yoxdur"
"Səudiyyə Ərəbistanı daha 2 il də Qətərlə olan böhranlı vəziyyəti davam etdirməyə hazırdır." Axar.az xəbər verir ki, bu sözləri Londonda səfərdə olan Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cübeyr deyib. O bildirib ki, mövcud vəziyyətin 2 il də davam etməsinin heç bir zərəri yoxdur.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə, BƏƏ, Misir və Bəhreyn rəsmi Dohanın terrorizmi maliyyələşdirdiyini əsas gətirərək bu ölkə ilə diplomatik əlaqələri dayandırmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB