"Səudiyyə Ərəbistanı Qətəri işğal etməyə hazırlaşır." Axar.az xəbər verir ki, bu sözləri Körfəz ölkələri İnstitutunun qurucusu və direktoru Əhməd Əli deyib. O bildirib ki, Ər-Riyad Qətərin sərvətlərini talamağa hədəfləyir: “Qətər sərhədləri yaxınlığında Səudiyyə ordusunun manevrlər etdiyi barədə məlumatım var. Səudiyyənin Yəməndəki hücumlarına baxın. Ər-Riyad güc toplayır. Ani hücum planı hazırlanır”.
İnstitut direktoru onu da əlavə edib ki, kral ailəsinin bu planını Tramp və Tillerson dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB