İtkin düşmüş balıqçıların axtarışı davam edir

İtkin düşmüş balıqçıların axtarışı davam edir

Rusiya gəmisi ilə ispan balıqçı traulerinin toqquşması nəticəsində Barselona sahilində itkin düşmüş iki balıqçının axtarışları davam edir. Bunlar 34 yaşlı Mərakeş sakini və 37 yaşlı Seneqal vətəndaşıdır.

Hər iki balıqçı "El Fairell" traulerində olarkən "Midvolqa-2" Rusiya gəmisi ilə toqquşub. Nəticədə trauler batıb. Traulerdə olan 4 nəfərdən ikisi xilas olunub. Axtarışlarda 22 gəmi, bir vertolyot iştirak edir.

140 metrlik Rusiya gəmisi Barselona limanından İsgəndəriyyə şəhərinə hərəkət edirdi. Hadisədən sonra gəmi limana qayıtmağa məcbur olub. Kapitan hadisə ilə bağlı ifadə verəcək. Kataloniya tərəfi hələ ki, hər hansı bir nəticəyə gəlməyin tez olduğunu deyib.

AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə