ABŞ Dövlət Departamenti Əl Qaidə təşkilatının keçmiş lideri Üsamə Ben Ladenin oğlu Həmzə Ben Ladeni qlobal terrorçular siyahısına əlavə edib. Axar.az xəbər verir ki, ABŞ milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına təhlükə yaratdığı üçün onun adının bu siyahıya əlavə edildiyi bildirilib. Açıqlamada həmçinin Ben Ladenin ABŞ-dakı əmlakının blok edildiyi və ölkə vətəndaşlarının da onunla hər hansı formada əməkdaşlıq etməsinin qadağan olunduğu vurğulanıb.
Qeyd edək ki, Həmzə Ben Laden 2015-ci ildə Əl Qaidənin ən yüksək rütbəli liderlərindən elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB