“Qazprom”: “Amerikanın sanksiyaları bizə heç nə edə bilməz”

“Qazprom”: “Amerikanın sanksiyaları bizə heç nə edə bilməz”

"Qazprom" şirkətinin fəaliyyəti ABŞ sanksiyalarından asılı deyil. Axar.az xəbər verir ki, bu açıqlama ilə "Qazprom"un sədri Aleksey Miller çıxış edib. "Qazprom" işləyib və işləyəcək. ABŞ sanksiyaları bizə heç nə edə bilməz", –Miller bildirib. Xatırladaq ki, bir neçə gün bundan əvvəl ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısına Rusiyanın daha 17 iş adamı və 20 şirkətin daxil edildiyi haqda məlumat yayılmışdı. Siyahıda "Qazprom" və "Bank of Moskov" kimi nəhəng şirkətlərin də olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə