Fransada qatar qəzası 13 yaralı

Fransada qatar qəzası 13 yaralı

Fransada daha bir qəza hadisəsi baş verib. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, sərnişin qatarı qəzaya uğrayıb. Qəza nəticəsində 13 nəfər xəsarət alıb, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. Ümumilikdə 50 nəfərə tibbi yardımın göstərildiyi bildirilir. Monpelye-Nim marşrutu üzrə hərəkət edən qatarda 200 nəfər olub. Məlumata əsasən, qəzaya səbəb qasırğa nəticəsində relslərin üstünə düşən ağac olub.

Bütün xəbərlər Facebook səhifəmizdə