Ermənistan hökuməti keçmiş partiya üzvləri arasında başlayan yeni qalmaqal ərəfəsindədir. SİA-nın "Johovurd" qəzetinə istinadən verdiyi xəbərə görə, Vardan Oskanyan və "Çiçəklənən Ermənistan" Partiyasının keçmiş üzvləri son zamanlar aktiv şəkildə digər tərk edənləri öz tərəflərinə çəkməklə, yeni-"Birlik" adlı siyasi təşkilat yaratmağa çalışırlar. Bununla, Oskanyan "köhnələr"in təməli üzərində yeni partiya yaratmağı hədəfləyib. Onun ətrafında toplaşanların əksəriyyəti isə, Robert Köçəryanın hakimiyyəti illərində vəzifə başında olanlardır.
Oskanyanın bu mövqeyi "Çiçəklənən Ermənistan" Partiyasının sədri Nair Zoqrabyan tərəfindən qəzəblə qarşılanıb. O, keçmiş "partiya yoldaşları"na bu işi davam etdirməyə gərək olmadığını bildirib. Əks halda nəticələrinin ağır olacağı ilə bağlı xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB