Rusiya Prezidenti Putin İŞİD terror təşkilatının Məkkə, Mədinə və Qüds üçün təhlükə daşıdığını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Putin dünya ölkələrini ikili standartlardan və geosiyasi prinsiplərdən uzaqlaşmağa çağırıb.
Putin Tacikistanın paytaxtı Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sammitində çıxış edib. O bildirib ki, müxtəlif terror təşkilatlarından birbaşa və ya bilavasitə yolla istifadə edərək hədəflərinə çatmaq istəyənlər var. Bu cür səylərə yol verməməlidirlər.
Putin qeyd edib ki, bəzi dövlətlər onlara sərf etməyən ölkə rejimlərini dəyişdirməyə çalışır. Bu hərəkətlərinə son qoymalıdırlar.
O vurğulayıb ki, terrora qarşı mübarizədə bütün dövlətlər bir olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB