Bali adasında yerləşən "Denpasar" (Nqurah-Ray) beynəlxalq aeroportu "Ruanq" vulkanının püskürdüyü külə görə bağlanıb. ANTARA informasiya agentliyinin yaydığı məlumata görə, bu barədə yerli hakimiyyət orqanları qərar qəbul edib.
Vulkan fəallaşdığına görə Britaniyanın "Virgin" və Avstraliyanın "Jetstar" aviaşirkətləri avqustun 5-də adaya bütün uçuşları dayandırıblar. Eyni zamanda, Avstraliyaya və Çinə 13 beynəlxalq reys təxirə salınıb.
Vulkanın püskürdüyü kül Bali adasına təyyarələrin hərəkətini ilk dəfə deyil ki, dayandırır. Bu kurort adasında yerləşən aeroport iyulda artıq bir neçə dəfə bağlanıb. İyulun 9-dan 12-dək 900-dən artıq reys təxirə salınıb, 10 minlərlə insan adada qalmalı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB