İntiharçı Karnak məbədində özünü partladıb

İntiharçı Karnak məbədində özünü partladıb

Luksorda qədim Misirin məşhur Karnak məbədi yaxınlığında terror aktı törədilib və polis işçilərinə hücum edilib. Misir KİV-ləri xəbər verir ki, intiharçı məbədin ərazisində özünü partladıb. Həmçinin xəbər verilir ki, Karnak məbədinin qarşısındakı meydanda bir qrup terrorçu polis işçilərinə hücum edib. Polis qüvvələri hücumun qarşısını ala bilib və hücum edən üç terrorçu məhv edilib.

Turistlər və asayiş keşikçiləri arasında ölənlər və zərərçəkənlər barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə