Çeçenistan Prezidenti Ramzan Kadırov yaraqlıların lideri Doku Umarovun öldüyünə şübhə etmir. Bunu R.Kadırov "Instagram" sosial şəbəkəsində yazıb.
R.Kadırov yazır: "Biz daha əvvəl demişdik ki, Umarov Soçi-2104 olimpiadası üçün heç bir təhlükə törətmir, həmçinin bəyan etmişdik ki, onu Olimpiya Oyunlarına qədər məhv edəcəyik".
O, qeyd edib ki, keçirilmiş xüsusi əməliyyatların birində D.Umarov zərərsizləşdirilib: "Bu məlumatı yaraqlılar da təsdiqləyir. Xüsusi xidmət orqanları və KİV-in terrorçunun ölümünə inanması üçün daha nə etmək lazımdır?"
Milli Antiterror Komitəsi məsələ ilə bağlı şərh verməkdən hələlik imtina edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB