Mixael Şumaxerin vəziyyəti stabil çox ağır olaraq qalır

Mixael Şumaxerin vəziyyəti stabil çox ağır olaraq qalır

Mixael Şumaxerin - vəziyyəti əvvəlki kimi stabildir, lakin kritikdir. Bu barədə yeddiqat dünya çempionunun meneceri Sabina Kim xəbər verir.

Şumaxer Fransanın Alp dağlarında dağ xizək sürərək dekabrın 29-da ağır kəllə-beyin travması alıb. O, Qrenobl şəhərindəki xəstəxanada artıq iki əməliyyat keçirib və bir həftə süni koma vəziyyətindədir.

"Şumaxerin kliniki vəziyyəti sabit sayılır və tibb işçiləri tərəfindən daim nəzarət altında saxlanılır, - Kim deyib.

Eyni zamanda həkimlər deyirlər ki, Mixaelin vəziyyəti kritik olaraq qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə