Kanadada H1N1 virusundan 6 nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Alberta ştatının Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, ştat daxilində ötən ilin 27 dekabr tarixinə qədər bu virusun daşıyıcıları 371 nəfər idisə, cari ilin 2 yanvar tarixində bu şəxslərin sayı 965-ə çatıb. Onlardan 5-i xəstəliyin gec aşkarlanması səbəbilə həyatını itirib.
Paytaxt Ottavada isə H1N1 virusunun daşıyıcısı olan 1 nəfər ölüb. Ştatdan bildirilib ki, atrıq bu 2013-cü ildə donuz qripi ilə əlaqədar qeydə alınan 100-cü hadisədir. Hər iki ştatın Səhiyyə Nazirlikləri tərəfindən ştat əhalisinin virusa qarşı peyvəndlənməsinin vacibliyi irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB