Kim Çen Inın əmisinin edam edilməsindən sonra KXDR-də Əmək Partiyasına dəstək mitinqləri keçirilir

Kim Çen Inın əmisinin edam edilməsindən sonra KXDR-də Əmək Partiyasına dəstək mitinqləri keçirilir

Şimali Koreya lideri Kim Çen In öz doğma əmisini edam etdirdikdən sonra KXDR-in bütün şəhər, kənd və qəsəbələrində Koreya Əmək Partiyasına dəstək istiqamətində mitinqlər keçirilməyə başlanıb. SİA İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, ölkənin müəssisə və təşkilatları, tədris müəssisələri, hərbi hissələri KXDR rəhbərinin yürütdüyü siyasətə öz dəstəklərini mitinqlər vasitəsilə sərgiləyirlər. Yerli mətbuatda isə "sədaqət məktubları" dərc edilərək marşal Kim Çen Ina müraciətlər öz əksini tapır.

Qeyd edək ki, KXDR lideri dövlət müdafiəsi komitə rəhbərinin müavini, əmisi Kim Çon Txeki korrupsiyaya görə edam etdirib. K.Ç.Txek Şimali Koreyanin ən nüfuzlu firuqlarından biri kimi tanınıb. Edam qərarı verilərkən ölkə əhalisi birmənalı olaraq bu qərarı dəstəkləyib.

Mitinq iştirakçıları isə bəyan edirlər ki, KXDR ordusu öz liderini dəstəkləyərək kapitalizm üzərində qələbə qazanacaq. "Biz Kim Çen Indan başqa kimsəni tanımırıq və qəbul etmirik", "Biz sona qədər Sizi müdafiə edəcəyik əziz Kim Çen In yoldaş", "Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin etibarlı müdafiəsini təmin edək", "Koreya Əmək Partiyası bundan sonra da dövlətin, xalqın, partiyanın maraqlarına qarşı çıxanları amansızcasına mühakimə edəcək" kimi şüarlarla çıxış edən Şimali koreyalılar bu gün də mitinqlərini davam etdirməkdədirlər.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə