BMT Cənubi Sudandakı bazasını bağlayır

BMT Cənubi Sudandakı bazasını bağlayır

Cənubi Sudanda yerləşən BMT-nin hərbi missiyası daha bir bazasını bağlamaq qərarına gəlib. SİA İTAR-TASS-a istinadən xəbər verir ki, bağlanacaq hərbi baza Conqley ştatının Yuay şəhərində yerləşir və hazırda həmin bazaya tərəf qiyamçıların ordusu yaxınlaşmaq üzrədir.

BMT baş katibinin Cənubi Sudandakı nümayəndəsi Fərxan Xakkın bildirdiyinə görə, qiyamçılar nuer tayfasının üzvləridirlər və onlar məqsədlərinə çatmaları üçün canlarından belə keçməkdədirlər.

Qeyd edək ki, ötən gecə daha böyük qiyamçı gücləri Conqley ştanına hücum edərək iki nəfər sülhməramlını qətlə yetiriblər. BMT missiyası onu da qeyd edib ki, hücum nəticəsində 20 nəfər mülki vətəndaş da həyatını itirib.

Hazırda BMT-nin təhlükəsizlik şurası Cənubi Sudanda yaranmış problemin həlli istiqamətində müzakirələrini davam etdirməkdədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə