Misir prezidenti Məhəmməd Mursinin istefası tələb olunur

Misir prezidenti Məhəmməd Mursinin istefası tələb olunur

Bu gün Qahirədə birləşmiş müxalifətin bir il əvvəl Misir Prezidenti seçilmiş Məhəmməd Mursinin istefası tələbi ilə planlaşdırılmış kütləvi aksiyası keçiriləcək. SİA-nın məlumatına görə, prezidentin əleyhdarları dövlətin başçısından narazı olduqlarını bildirmək və vaxtından əvvəl prezident seçkilərinin keçirilməsini tələb etmək üçün Qahirənin və ölkənin digər böyük şəhərlərinin küçələrinə on minlərlə adam çıxarmağı vəd ediblər. Hakimiyyət orqanlarının siyasətindən narazı olan nümayişçilər çadırların qurulduğu məşhur "Təhrir" meydanını artıq iki gündür tərk etmirlər. Onlar tələbləri yerinə yetirilməyənə qədər müddətsiz tətil edəcəklərini bildiriblər.

Prezident Məhəmməd Mursinin tərəfdarları da öz mövqelərini əldən verməyə hazırlaşmırlar. Onlar dövlətin başçısına və onun siyasi xəttinə dəstək göstərərək etiraz hərəkatına qarşı çıxırlar. Prezidentin tərəfdarları M.Mursini dəstəkləmək üçün ötən həftə iki dəfə "Zorakılığa yox, dinc nümayişə - hə", "Legitimlik qırmızı xətdir" şüarları ilə mitinq keçiriblər. Mitinqdə minlərlə adam iştirak edib. Prezidentin "Rəbiəl Ədaviyya" meydanında qərar tutmuş tərəfdarları da qanuni seçilmiş prezidenti dəstəkləmək üçün müddətsiz tətil edəcəklərini bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə