Dünya elmində indiyədək mövcud təsəvvürləri alt-üst edə biləcək kəşf edilib.
ABŞ-ın Kaliforniya ştatındakı Santa-Barbara Universitetinin alimləri Tetrahymena thermophila adlı infuzoriyanın unikal, misli-bərabəri olmayan xassəsini aşkarlayıblar.
PLoS Biology bildirir ki, birhüceyrəli infuzoriya adi parçalanma vasitəsilə çoxalsa da, onun cinsi məziyyət və nişanələri var.Özü də bu infuzoriya 7 müxtəlif cinsə malikdir.
Tetrahymena şirin suda yaşayan oval şəkilli birhüceyrəli infuzoriyadaır. Mikroorqanizm cinsini 7 fərqli hala salaraq çoxalma və nəsilartırma zamanı bundan faydalanır.Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, həmin mikroorqanizmlərdə valideynlərin cinsiyyətləri "uşağın" cinsiyyətinə əsla təsir etmir. Yəni ana və atanın dölləri 7 fərqli cinsdən biri ola bilər. Nəticədə paradoks yaşanır, çünki valideynlər öz cinsiyyət genlərini övladlarına verə bilmirlər.
Amerikalı alimlərin dediklərinə görə, Tetrahymena infuzoriyasının fərqli cinsiyyətə malik olması 60 il əvvəl təxmin edilsə belə, yalnız indi konkret və dəqiq nəticələr əldə olunub.Araşdırmaya başçılıq edən professor, tanınmış bioloq Eduardo Orias LiveScience-a verdiyi açıqlamasında deyib: "Cinsiyyəti müəyyənləşdirən genlər, onların sıralanmasını araşdırmağa çalışdıq. Məlum oldu ki, sadəcə bir hüceyrənin sırada yerini dəyişməsi nəticəsində infuzoriyada 7 cinsdən biri "bərqərar" olur. Daha doğrusu, genomu tədqiq edəndə dölün cinsiyyətinin lotereya formasında dəyişdiyini gördük".
Bu infuzoriyanın hər birinin iki nüvəsi var. Onlardan biri somatik nüvədir və hüceyrənin gündəlik yaşamını təmin edən ADN "istehsal" edir. Digər nüvə isə insanlardakı yumurtalıq və ya analıq hüceyrəsi kimi davranır.İnfuzoriyanın ilk, makronukleus nüvəsindəki genlər xromosom yox, uzun, sıx DNT "sapları" formasındadır. Habelə, sözügedən mikroorqanizmdə 25 minə yaxın gen var.Kiçik nüvə sonradan böyük nüvə yaradır, genləri qaydaya salır və xromosomları kiçik fraqmentlərə ayıraraq onları yüz dəfələrlə artırır.İnfuzoriyanın cinsiyyəti də məhz genetik materialın formalaşdırılması prosesində müəyyənləşir.
Həmin prosesdə "mta" və "mtb" adlı genlər aktiv iştirak edərək membran zülallarını kodlaşdırırlar.Alimlərin dediklərinə görə, araşdırmanın nəticələri təkamül nəzəriyyəsinə yenidən baxmağa vadar etməklə yanaşı, genetik mühəndislikdə yeni mərhələ sayıla bilər. Ən azı, ona görə ki, insan orqanizminin mikronukleusunda da təkamül ehtiyatı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB