Türkiyənin Radio Televiziya Üst Qurumu maraqla izlənən "Kurtlar Vadisi" serialını 267 min lirə cərimələyib. SİA türk saytlarına istinadən xəbər verir ki, qurum serialın baş qəhrəmanı Polad Ələmdarla bağlı "xalq qəhrəmanı" ifadəsini işlətsə də, bu, serialı cərimədən azad etməyə yetərli olmayıb. Serialla bağlı hazırlanan hesabatda cərimənin işgəncə səhnələri ilə əlaqədar müəyyən edildiyi vurğulanıb.
Serialın cərimələnməsinə səbəb olan səhnələr isə Suriyada rejimə müxalif olan şəxslərdən birinin sorğuya çəkilməsini əks etdirib. Bu səhnədə şəxsin dili kəlbətinlə çölə çıxarılıb, dönər bıçağı ilə kəsilib və qan divara sıçrayıb.
RTUQ belə hesab edib ki, bu səhnələrdə həddindən artıq şiddətə yol verildiyindən cərimə ödənilməsi zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB