Körpü çöküb

Çinin Hınan şəhərində yük maşınının partlaması nəticəsində şosedəki körpünün 80 metrlik hissəsi çöküb. SİA-nın xəbərinə görə, hadisə nəticəsində 26 nəfər həyatını itirib. Çin polisinin məlumatına görə, körpünün dağılmasına səbəb olan yük maşını fişəng növlü partlayıcılarla yüklənibmiş.

Qeyd edək ki, hadisə nəticəsində ölən və yaralılar barəsində hələ ki məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə