İran yenə Türkiyəyə qarşı çıxdı

İran yenə Türkiyəyə qarşı çıxdı

"Türkiyə İrana qarşı hərbi avantüraya qatılmayacaq"

İran xarici işlər nazirliyinin rəsmi təmsilçisi Ramin Mehmanpərəst Türkiyə hökumətini bu ölkənin Suriyə ilə sərhədi boyunca Patriot zenit-raket kompleksləri yerləşdirməyə görə tənqid edib.

Türkiyənin əmin etdiyinə görə o, İranın əleyhinə hər hansı bir hərbi əməliyyatda iştirak etməyəcək və öz hava məkanını bu məqsədlə işlətməyə yol verməyəcək.

Mehmanpərəst vurğulayıb ki, Patriotlar Ankaranın deyil, NATO və Qərbin əlində olacaq, Türkiyənin deyil, İsraili qorumaq üçün nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə