Kaşmir yerli hökuməti qar uçqunu nəticəsində 18 nəfərin itkin düşdüyünü bildirib. Onlardan 8-i hərbçi olub. Təbii fəlakət Azad Kaşmir əyalətinin Nilum vadisində baş verib. Hərbçilərin nümayəndələri bildiriblər ki, qar uçqunu nəticəsində itkin düşmüş 3 nəfəri xilas etməyə gedən dəstə də eyni aqibətlə üzləşib.
Axtarış-xilasetmə qruppu buna qədər 2 cəsədi tapmışdılar.
Hazırda bütün itkin düşənlərin axtarışı təşkil olunsa da, yerin mürəkkəb relyef quruluşu və əlverişsiz hava şəraiti ciddi maneələr yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB