"Sendi" 100-ə yaxın can aldı

ABŞ-da "Sendi" qasırğası nəticəsində həlak olanların sayı 98-ə çatıb. SİA-nın məlumtına görə, bu barədə İTAR-TASS xəbər yayıb. Ölkənin şərq sahillərində 3,8 milyon insan hələ də elektrik enerjisindən məhrumdur.

İlkin hesablamalara görə, qasırğanın ölkəyə vurduğu ziyan 50 milyard dollara çata bilər. Bu göstəriciyə görə, "Sendi" 2005-ci ildə baş verən "Katrina" qasırğası, 2001-ci sentyabrın 11-də törədilən terror aktları və 1992-ci ildə olan "Endryu" qasırğasından sonra IV yeri tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə