Daha bir liderin qəbri açılacaq

Fələstinin sabiq lideri Yasir Ərəfatın qəbri açılacaq. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, buna Ərəfatın ölüm səbəblərinin dəqiqləşdirilməsi üçün meyit üzərində aparılacaq təhqiqat səbəb olub. Bu işlə məşğul olacaq heyətin isə noyabrın 24-26-da Fransadan Rəmallaha gedəcəyi bildirilib.

Məlumat üçün bildirək ki, Yasir Ərafat 2004-cü ildə Fransanın paytaxtı Parisdə müalicə olunduğu xəstəxanada ölüb. Bir müddət əvvəl isə onun qəsdən öldürüldüyü iddia edilib. İsveçrədəki laboratoriyalardan biri isə mərhum Fələstin liderinin paltarında radioaktiv polonium elementi aşkarladığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə