Suriyada səfərdə olan Ərəb Ölkələri Liqasının müşahidəçiləri ötən gün Homs şəhərinə baş çəkiblər. Bəşər Əsəd rejiminə qarşı nümayişlərin mərkəzi olan Homsa bu gün də müşahidəçilərin gələcəyi gözlənilir. Dünən müşahidəçilərin səfəri minlərlə adamın iştirakı ilə keçirilən anti-hökumət nümayişinə təsadüf edib. İnternetdə yayılan videoyazılarda müşahidəçilərin müxalifət nümayəndələri ilə danışıqları nümayiş olunur, fonda isə atəş səsi eşidilir.
Suriya hökuməti Ərəb Ölkələri Liqasının müşahidəçiləri Homsa gəlməzdən əvvəl xeyli tankı şəhərdən çıxarmaqla kifayətlənib. Hüquq müdafiəçiləri isə dünən anti-hökumət nümayişlərində 30-dan çox adamın öldürüldüyüni bildirir. Məlumata görə, ölənlər Homs, Həma, Dəməşq, Dəraa, idlib və Quseyr şəhərlərinin sakinləridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB