Yaponiyada iki güclü zəlzələ baş verib

Yaponiyada iki güclü zəlzələ baş verib

Yaponiyanın şimalında iki güclü zəlzələ baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisədən sonra nə dağıntılar, nə də sunami barədə xəbərdarlıq verilməyib. Yaponiyanın Meteorologiya bürosu episentri dənizin dibində olan 6.1 bal gücündə zəlzələnin Tokiodan 750 kilometr şimal-şərqdə Hokkaydo adasında baş verdiyini deyib.

Bundan əvvəl episentri dənizin dibində olan 6 bal gücündə başqa bir zəlzələ səhər Tokiodan 244 kilometr şimal-şərqdə baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə