Yuliya Timoşenko yeni ilə qədər azadlığa buraxıla bilər

Yuliya Timoşenko yeni ilə qədər azadlığa buraxıla bilər

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko 11 oktyabrda Peçerski rayon məhkəməsinin hökmü ilə 7 il həbs cəzasına məhkum olunub. Rusiya ilə bağlanan qaz müqaviləsinə görə həbsə düşən baş nazir azadlığa buraxıla bilər.

Bu barədə Polşanın aparıcı mətbu orqanlarından olan "Wyborcza"qəzeti məlumat yayıb. Qəzet məlimatı Ukrayna Prezident Administrasiyasının xəbəri kimi dərc edərək eks baş nazirin yeni ili öz evində qarşılayacağına şübhə etmədiyini yazır. Qəzet Y.Timoşenkonun dekabrın 20-də buraxılacağını və bunun üçün xüsusi planın olduğunu da qeyd edib. Polşanın Prezident Administrasiyasından olan həmsöhbətim məlumatın məxfiliyini və buna əsasın olduğunu söyləyib: "Viktor Yanukoviçin ətrafında elə insanlar var ki, onlar Timoşenkonun nəyin bahasına olur-olsun uzun müddətə həbsdə olacağına əmindirlər, hətta bu Qərb ölkələri ilə münasibətləri pisləşdirsə belə".

Qəzet yazır ki, Avropa İttifaqının rəsmiləri əvvəlcədən xəbərdarlıq ediblər ki, Timoşenko məsələsinə görə, sammit baş tutmaya bilər. Polşa rəsmisi onu da vurğulayıb ki, Timoşenkonun buraxılması elə də asan olmayacaq, bir çox dövlətlər buna qarşıdır, lakin bu mümkündür .Əgər biz görsək ki, Timoşenkonun işi azadlığa doğru gedir onda Avropa Ukraynaya qarşı öz fikrini dəyişər, yoxsa biz Ukrayna rəhbərliyindən yetərincə boş vədlər eşitmişik.

Adminstrasiya rəsmisi qeyd edib ki, burada amnistiya aktı da qəbul etmək olar. Bunun üçun Y.Timoşenko özü müraciət etməlidir, o isə bunu etməyəcək. Qəzetdə o da xüsusi qeyd olunub ki, apelyasiya məhkəməsi işi azalda bilsə də tam ləğv edə bilməz. Buna hazırkı qanunvericilik yol vermir. Bundan ötrü Ukrayna Cinayət Məcəlləsinin bir çox maddələri dəyişilməlidir, bu halda eks baş nazir sərbəst buraxıla bilər.

Bütün sadalanan fikirlərə əsasən Polşanın "Wyborcza"qəzeti Y.Timoşenkonun 20 dekabrda sərbəst buraxılacağını istisna etmir.

Bu arada Y.Timoşenkonun vəkili Serqey Vlasenko eks baş nazirin səhhətinin pisləşdiyi haqda məlumat verib: "Y.Timoşenkonun onurğasında problem olduğu üçün həkim ona yataq rejimi yazıb və 14-15 dərəcədən aşağı temperaturu olan yerdə olmamasını deyib. S.Vlasenko bu gün eks baş nazirin vergi polisinin müstəntiqləri tərəfindən dindiriləcəyini vurğulayaraq otaqların soyuq olduğunu xüsusi vurğulayıb. Mən özüm Yuliyanı gözləyənədək soyuqdan donurdum. Bir də ki, Yuliya özü sərbəst yeriyə bilmir bu vəziyyətdə ondan ifadə almaq nə dərəcədə düzgündür".

Vəkilin xəbərdarlığına baxmayaraq həbsxana rəhbərliyi Y.Timoşenkonun dindirilməsi üçün heç bir problemin olmadığını xüsusi vurğulayıb. Timoşenkonun vəkili isə qeyd edib ki, 11 oktyabr 2011- ildə eks baş nazirə 7 il həbs cəzası verilib. 25 oktyabrda isə apelyasiya şikayəti verilib. O ki, qaldı Y.Timoşenkonun şikayətlərinə Peçerskiy məhkəməsi 13 dekabrda bunlara baxılacağını söyləyib.


Əlmaniz Ələkbərli, Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə