Liviya qiyamçıları Zlitan şəhərinə hücum edir, 30-dan çox həlak olan var
Liviyanın hökumət qoşunlarının əldə saxladıqları Zlitan şəhərinə hücum zamanı 30-dan qiyamçı həlak olub. SİA-nın məlumatına görə, bu barədə qiyamçıların nümayəndəsi Qemal Salem Röyter agentliyinə telefonla xəbər verib. Məlumatda deyilir: "Hücum bu gün səhər tezdən başlayıb və qiyamçılar Zlitanın böyük hissəsini azad ediblər. İndi onun qərb rayonları uğrunda döyüşlər aparırıq. Bizlərdən 32 nəfər həlak olub, daha 150 nəfər yaralanıb".
Qeyd edək ki, Zlitan Aralıq dənizi limanı ölkənin paytaxtı Tripoliyə gedən yolda strateji əhəmiyyətli məntəqələrdən biridir və paytaxtdan 150 kilometr şərqdə yerləşir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB