Filippinin Luson adası yaxınlığında zəlzələ baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yeraltı təkanların gücü 6,0 bal təşkil edib. Filippin Seysmologiya və Vulkanologiya İnstitutunun yaydığı məlumata görə, zəlzələnin episentri Kalayan adasından 23 km şimal-qərbdə qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi gözlənilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB