...Britaniya kəşfiyyatı ABŞ-ı İranla münaqişə riskləri və Hörmüz boğazının blokadası təhlükəsi barədə xəbərdar edə və bununla da Vaşinqtonu "açıq-aşkar tələdən" xilas edə bilərdi...
SİA xəbər verir ki, The Economic Times qəzetinin məlumatına görə, bu barədə Britaniyanın keçmiş Baş naziri Boris Conson dünya liderlərinin forumunda bildirib.
...Bəs niyə xüsusi xidmət orqanlarımız hökumətə ABŞ-ın dəhşətli bir tələyə düşmək üzrə olduğu barədə məlumat vermədi? Düşünürəm ki, Böyük Britaniya bu səhvin qarşısını almaqda daha güclü rol oynaya bilər, - deyə o bildirib. Keçmiş baş nazirin sözlərinə görə, London Hörmüz boğazının blokadası halında münaqişənin məqsədləri və planları barədə əvvəlcədən Vaşinqtondan aydınlıq gətirməli idi: “Bu müharibənin məqsədi nədir? Hörmüz boğazını bağlasalar, nə edəcəksiniz?”
Keçmiş baş nazir həmçinin İranda hərbi hakimiyyət dəyişikliyi ideyasını tənqid edib.
Onun fikrincə, Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq və silahlı qruplara dəstəyi dayandırmaq düzgün məqsədlərdir, lakin hava hücumlarının İran hökumətinin süqutuna səbəb olacağını gözləmək “tamamilə dəlilik idi”...
...Dəyişikliklər İranın özündən gəlməlidir, - deyə o vurğuladı. Conson ABŞ, Böyük Britaniya və Hindistanı böhrandan çıxmaq, neft qiymətlərini aşağı salmaq və gəmiçiliyi bərpa etmək üçün hərəkətləri əlaqələndirməyə çağırdı və həmçinin Hörmüz boğazına logistik alternativin yaradılmasını müdafiə etdi. Eyni zamanda, o, ABŞ prezidenti Donald Trampı dostları ilə "məsləhətləşməyi həqiqətən sevən" bir insan kimi xarakterizə etdi və Britaniyanın bundan tam şəkildə istifadə etməməsindən təəssüfləndiyini bildirdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB