"Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb və Ermənistanın İstintaq Komitəsinə aparılıb. Ermənistan KİV-ləri partiyanın mətbuat katibi İveta Tonoyana istinadən bu barədə məlumat yayıb. Onun sözlərinə görə, siyasətçi evində axtarışlar aparıldıqdan sonra saxlanılıb. O, həmçinin Tsarukyanın Tsaxkadzordakı otellərinin möhürləndiyini bildirib.
Tsarukyanın vəkili Yerem Sarqsyan müvəkkilinin saxlanıldığını və ehtiyat tədbirinin, o cümlədən mümkün həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılması üçün yaxın vaxtlarda məhkəməyə aparılacağını təsdiqləyib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB