İran 5 aydan sonra bu ölkə ilə dəniz ticarətini bərpa etdi

İran 5 aydan sonra bu ölkə ilə dəniz ticarətini bərpa etdi

İran və Qətər arasında dəniz ticarəti təxminən beş aylıq fasilədən sonra bərpa edilib. "Reuters"in məlumatında deyilir ki, bu barədə İran mediasına bu ölkənin Dohadakı ticarət attaşesi Abbas Əbdülxani bildirib.

Qeyd edilib ki, Fars körfəzindən keçən ən qısa kommersiya dəniz yolu olan İranın Deyyer limanı ilə Qətərin Ər-Ruvays limanı arasında gəmiçilik İranın Dohadakı səfirliyi və Qətər hakimiyyəti arasında əlaqələndirmədən sonra bərpa olunub. Bundan əvvəl İran, ABŞ və İsrail arasındakı döyüş əməliyyatları zamanı Deyyer limanı dəfələrlə zərbələrə məruz qalmışdı. Agentliyin məlumatına görə, üzbəüz yerləşən iki liman, əsasən, regional ticarətə xidmət edir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə