Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibilxanada aşkarlanıb - ingilislər ŞOKDA!

Britaniya Müdafiə Nazirliyinin gizli sənədləri zibilxanada aşkarlanıb - ingilislər ŞOKDA!

"The Sun on Sunday" nəşri şok iddia ilə çıxış edib. Nəşrin yazdığına görə, Böyük Britaniya Müdafiə Nazirliyinin məxfi sənədləri ölkə ordusunun ən böyük hərbi bazasının yaxınlığındakı poliqonda aşkarlanıb.

Nəşrin məlumatına əsasən, sənədlər təsadüfən İngiltərənin Şimali Yorkşir qraflığındakı Ketterik qarnizonundan təxminən 4 km məsafədə yerləşən bələdiyyənin zibilxanasında bir yolçu tərəfindən tapılıb. Nəşrin məlumatına görə, materiallarda hərbi qulluqçuların şəxsi məlumatları, silahların saxlanılması, qarovulun dəyişdirilməsi, təhlükəsizlik qaydalarının pozulması və fövqəladə hallara cavab protokolları barədə məlumatlar var. Ketterik bazasında təxminən 13 min hərbçi yerləşdirilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə