Almaniyada sərnişin avtobusu qəzaya uğrayıb, 11 nəfər xəsarət alıb

Almaniyada sərnişin avtobusu qəzaya uğrayıb, 11 nəfər xəsarət alıb

Almaniyanın Brandenburq əyalətində şəhərlərarası sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 11 nəfər xəsarət alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, içərisində 70-dək sərnişinin olduğu ikimərtəbəli avtobus yoldan çıxaraq aşıb. Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal olunur.

Qəzanın səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə